سئوگی
سئوگی،محبت،حسرت...
+0 به یه ن
یاییلیب : شنبه 20 فروردین 1390 | یازار : نژادمحمد | بؤلوم : آیریلیق | 2 باخيش لار

Gözlərinin yaşını sil ağlama

Bilirəm çətindir səndən ayrılmaq

Gözlərinin yaşını sil ağlama.

Sənə də əzabdır mənsiz tək qalmaq,

Gözlərinin yaşını sil ağlama.

Sevincli, kədərli günlər görmüşük,

Dərdimiz bir olub birdə bölmüşük.

Biz bir-birimizdən ayrı qalmışıq,

Gözlərinin yaşını sil ağlama.

Bilirəm yanımda olmayacaqsan,

Bəlkə də sən məni unudacaqsan.

Qəbrimin üstündə ağlayacaqsan,

Gözlərinin yaşını sil ağlama.

Sən məni görüb dəli olacaqsan,

Halıma bir baxıb sən donacaqsan.

Mənim yerimə sən qocalacaqsan,

Gözlərinin yaşını sil ağlama.

Bir çətin yoldu əzabdı məhəbbət,

Gündüzü pis günə qoydu məhəbbət.

Məni bax bu hala saldı məhəbbət,

Gözlərinin yaşını sil ağlama.

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir