Arxada qalacaq biri
Bir eşq oyundur başımdan keçən,
Heç zaman açılmaz sevginin sirri.
Günahkar mən deyil özgəsin seçən,
Gedirəm, arxada qalacaq biri !
Sevginin odunda əzablar çəkdimiş,
Bilmədim ölüyəm, yoxsa mən diri,
Gecələr onun üçün göz yaşı tökdüm.
Gedirəm, arxada qalacaq biri!
Qəlbimə gömmüşəm qalmayıb izi,
Sevdim xəyanətsə eşqim gəliri!
Qurudu vəfasız sevgi dənizi,
Gedirəm arxada qalacaq biri!
Ömür boyu gözün qalsın yollarda,
Eşqim çevirərdi muma dəmiri,
Xoşbəxt ol bivəfa özgə qollarda,
Gedirəm arxada qalacaq biri!