سئوگی
سئوگی،محبت،حسرت...
+0 به یه ن
یاییلیب : جمعه 3 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : وفاسیز | 0 باخيش لار

Unutmusan məni

Gəl mənim dəli sevgilim,

Doğra məni dilim-dilim.

Unutmusansa de bilim,

Bilim, unutmusan məni.

Necə unuda bilmisən?

Yalvarıram mənə denən

Mən də səni ürəyimdən

Silim, unutmusan məni.

Sən kamansan, mənsə taram

Sən susursan, ya mən karam?

Bəs deyirdin "unutmaram"

Gülüm, unutmusan məni

Qoy son kəs baxım gözünə

Son nəfəsdə bu arzu nə?

Qoyub başımı dizinə

Ölüm, unutmusan məni

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir