سئوگی
سئوگی،محبت،حسرت...
+0 به یه ن
یاییلیب : دوشنبه 30 خرداد 1390 | یازار : نژادمحمد | بؤلوم : سئوگی | 1 باخيش لار

Ömrümə

Daha şaxta məni donduran deyil

Gördüyüm bu boran o boran deyil

Bahara bir daha yalvaran deyil

Nə qədər qar yağır yağsın ömrümə.

Ömür vəfa verir hicran gizləyir

Ürək giley edir ağıl dinləyir

Kim ki faciəli bir film istəyir

Gəlib ön sırada baxsın ömrümə.

Həyat bir oyundur sevgi oyuncaq

Kim deyir uduzan sonra udacaq?

Allahdan diləyim budur ki ancaq

Mümkünsə bir onu yazsın ömrümə.

Gözümün yaşını silməyəcəksə

Üzümə sevgiylə gülməyəcəksə

Mənim sevdiyimtək sevməyəcəksə

Çağırın bir güllə çaxsın ömrümə.

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir