سئوگی
سئوگی،محبت،حسرت...
+0 به یه ن
یاییلیب : جمعه 29 بهمن 1389 | یازار : نژادمحمد | بؤلوم : سئوگی | 0 باخيش لار

Sən mənimsən, mən də sənin

Biz söz verib əhd etmişik,

Sən mənimsən, mən də sənin.

Bu sevgiyə and içmişik,

Sən mənimsən, mən də sənin.

Bir günəşsən taleyimdə,

Bir ümidsən diləyimdə.

Yazılıbdır ürəyimdə:

Sən mənimsən, mən də sənin.

Sənsən arzum, istəyim də,

Sabahım, gələcəyim də.

Pıçıldayır ürəyim də:

Sən mənimsən, mən də sənin.

Hicran gəlir, sınanıram,

Həsrətinlə hey yanıram.

Gülüm, sənə inanıram,

Sən mənimsən, mən də sənin.

Eşqim, sən də məndən doyma,

Başqa birisinə uyma.

Məni sənsizlikdə qoyma,

Sən mənimsən, mən də sənin.

Gör nə deyir dəli ürək,

Bir yerdə ağlayaq, gülək.

O gün olsun deyə bilək:

Sən mənimsən, mən də sənin

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir