Daha inanmıram yar olmağına
Düşündüm yaxınsan, bir nəfəs kimi,
Soyuq bir səssizlik boğur eşqimi.
Mən səni sevmədim bir həvəs kimi,
Bəlkə də sənsizlik boğur eşqimi.
Eşqinlə alışdım, eşqinlə yandım,
Mən alov, sən isə bir külüm oldun.
Ömürlük sevdaya sənlə inandım,
Könül baxçamdakı bir gülüm oldun.
Mən səni sevirəm,dünyalar qədər,
Amma qazandığım sənsizliyimdir.
Sənsə qəlbini yox, verirsən kədər,
Ölümüm yatağda səssizliyimdir.
Gözlərim önündə zülmət qaranlıq,
Xəyalda öpürəm yanağlarından.
Gözlərim qaraldı, öldüm bir anlıq,
Çünki öpmüş idim dodağlarından.
Eşqinlə yaşaram, ölüm nədir ki,
Məzarım üstündə sən ağla ancaq.
Ölərəm səninlə, gülüm, nədir ki,
Sevgim ruhumdadır,yox olmayacaq.
Məhəbbət insanın varlığı, özü,
Onsuz yaşamağın mənası yoxdur.
Məhəbbət könlümün ən şirin sözü,
Bu könlün ayrı bir dünyası yoxdur.
Unutma, sevgilim, sevgi gərəkdir,
İnsanın həyatda var olmağına.
O bir fırtınadır, dəli küləkdir,
Daha inanmıram yar olmağına.