Yuxu
Yuxuda gördüm ki,sevmirsən məni,
Batan arzularım puçdur nahaqqdır.
Taleyim söyləyir könlüm deyəni,
Əllərin gözlərin məndən uzaqdır.
Yuxuda gördüm ki, dodaqlarında,
Mənim adım deyil başqa bir ad var,
Ömrümün mənalı bu gənc çağında,
Mənə dönük çıxdı vəfa etibar.
Ayıldım yuxudan qaraldı gözüm,
Bürüdü qəlbimi tənhalıq, qorxu.
Düşdü xatirimə sənin bu sözün,
Əzizim tərsinə yozular yuxu.
Yuxuma gəlsəydin əzablarımla,
Mənim çəkdiyimi sən tablamazdın.
Sevdiyin sevsəydi səni mənim tək,
Öz nakam eşqimə mən ağlamazdım.
Yuxuma gəlsəydin əgər bir axşam,
Deyərdim qoy yuxum əbədi olsun,
Mən çəpər çəkərdim kipriklərimi,
Yuxuma qoymazdım daha heç kimi.