سئوگی
سئوگی،محبت،حسرت...
+0 به یه ن
یاییلیب : یکشنبه 19 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : سئوگی | 0 باخيش لار

Sevə bilmirəm

Hərdənbir qaynayır yadlara qanım

Hərdən də qırılır olan gümanım

Çoxdur səsləyənim çoxdur umanım

Bir səndən ümidi üzə bilmirəm.

Zülmət gecələrə qarışsam da mən

Küskün qismətimlə barışsam da mən

Hər yeri gəzsəm də dolaşsam da mən

Sən keçən yerləri gəzə bilmirəm.

Saxta təbəssümün yox olsa belə

Yalan məhəbbətin ox olsa belə

"Sevirəm" deyənim çox olsa belə

Sən deyən yalanı deyə bilmirəm.

Sevgiyə əlvida söyləsəm də mən

Nəmli gözlərimi gizləsəm də mən

Səndən qisas almaq istəsəm də mən

Səndən özgəsini sevə bilmirəm.

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir