سئوگی
سئوگی،محبت،حسرت...
+0 به یه ن
یاییلیب : جمعه 3 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : وفاسیز | 0 باخيش لار

Vəfasız gözəl

Sevgimə budurmu sənin cavabın?

Mən səni sevirdim canımdan artıq.

Yaman sönük düşüb alovun-odun,

Mən isə olmuşam sevgimə sadiq.

Budurmu sevqiyə verdiyin qiymət,

Budurmu eşqindən mənə pay gözəl?

Sevgidən yaranır sevənə hörmət,

Sən niyə aldatdın, məni, ay gözəl!

Nədəndir indi sən sevmirsən məni?

Eşqinə yananı gəl atma, gözəl.

Belə ucuz tutma səni sevəni,

Sevmirsənsə məni aldatma, gözəl.

Əgər bilsəydim mən əzəldən bəri,

Sevgimə vermisən bu cür qiyməti.

Tökməzdim bir belə şirin dilləri,

Vəfasız gözəli sevməzdim qəti.

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir