سئوگی
سئوگی،محبت،حسرت...
+0 به یه ن
یاییلیب : جمعه 19 فروردین 1390 | یازار : نژادمحمد | بؤلوم : نفرت | 2 باخيش لار

Səni sevməyimin mənası yoxdur.

Onsuzda sən yoxsan mənim qəlbimdə,

Səni sevməyimin mənası yoxdur.

Mən inandım sənin məhəbbətinə,

Səni sevməyimin mənası yoxdur.

Neçə illər həsrətinə dözmüşəm,

Yoxluğunda varlığını görmüşəm.

Mən hər zaman öz-özümə demişəm,

Səni sevməyimin mənası yoxdur.

Əllərimdə çiçək qapına gəldim,

Sən mənə ayrılaq, ayrılaq dedin.

Simana baxıb sənə mən söylədim,

Səni sevməyimin mənası yoxdur.

Mən səndən görmüşəm qəm, kədər, nifrət

Yaxşı ki, sən mənə olmadın qismət.

Etdin mənə bir oğlanla xəyanət,

Səni sevməyimin mənası yoxdur.

Nə bilirsən nələrim var, nəyim yox

Xəstəyəm mən tanrıdan diləyim çox.

Artıq bu kainatda sevgilim yox,

Səni sevməyimin mənası yoxdur.

Yaxşılığın var, etdin məni şair

Dərdindən yazıram mən qəzəl, şeir.

Buna baxmayaraq ki, deyirəm

Səni sevməyimin mənası yoxdur.

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir